Teatr kollektivi işğaldan azad olunan "Lələtəpə” yüksəkliyində əsgərlərlə görüşüb

Bu yazı 586 dəfə oxunub


Füzuli Dövlət Dram teatrının kollektivi düşməndən azad olunan "Lələtəpə” yüksəkliyində əsgərlərlə görüşüb .

Füzuli Dövlət Dram teatrı Beyləqan və Füzuli rayonunda yerləşən "N” saylı hərbi hissələrdə, Füzuli rayonu istiqamətində aprelin 2-də gedən döyüşlərdə mənfur düşməndən azad edilən "Lələtəpə” strateji yüksəkliyində əsgərlərlə görüşüb.

Görüş zamanı təqdim olunan tamaşa və konsert proqramları zabit və əsgərlərdə ruh yüksəkliyi yaradıb.

Sonda teatr kollektivinin üzvləri mütamadi olaraq hərbi hissələrdə şəxsi heyətin qarşısında vətənpərvər və əyləncəli musiqi proqramı ilə çıxış etdiklərinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar.