“Günəş zindanda” əsəri orta məktəbin müəllim-şagird kollektivinə nümayiş olunub

Bu yazı 414 dəfə oxunub


Füzuli Dövlət Dram teatrının təqdimatında 2016-cı ilin repertuarında olan Cahangir Məmmədovun "Günəş zindanda” əsəri Horadiz şəhər 2 nömrəli orta məktəbin müəllim-şagird kollektivinə nümayiş olunub.

Tamaşanın mövzusu 19-cu əsrə xas olan bəy və ağaların kəndçilərə zülmündən bəhs etsə də əsərin adından göründüyü kimi günəşin zindana salınması məsələsi bugünki işğal altında olan torpaqlarımızla əlaqələndirilib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Tamaşada əsas rollarda İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov, Sehran Xanlarov, Məryəm Məmmədova, Elçin Məmmədov, Fatimə Səfərəliyeva, Vüqar Babayev, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Ziyad Süleymanov, Elxan Təvəkküllü və başqaları iştirak edir.

Xatırladaq ki, Füzuli Dövlət Dram teatrı cəbhə bölgəsində fəaliyyət göstərdiyi üçün vətənpərvərlik mövzusunda olan əsərlərə daha çox yer ayırır.