“Günəş zindanda” əsərinə daxili baxış olub

Bu yazı 297 dəfə oxunub


Füzuli Dövlət Dram teatrında 2016-cı ilin repertuarında olan Cahangir Məmmədovun "Günəş zindanda” əsərinə daxili baxış olub.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Tamaşada əsas rollarda İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov, Sehran Xanlarov, Məryəm Məmmədova, Elçin Məmmədov, Fatimə Səfərəliyeva, Vüqar Babayev, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Ziyad Süleymanov, Elxan Təvəkküllü və başqaları iştirak edir.

Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.