Teatrda müşavirə keçirilib - FOTO

Bu yazı 329 dəfə oxunub


Mayın 12-də Füzuli Dövlət Dram teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev may ayının 11-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin Milli Kitabxanada teatr və konsert müəssisələrinin fəaliyyətinə həsr edilmiş müşavirəsi ilə bağlı iclas keçirdi.


Müşavirə barədə məlumat verərək qeyd etdi ki, həmin müşavirədə Nazirliyin müvafiq şöbə və sektorları respublikanın teatr-konsert müəssisələrinin rəhbərləri, baş mühasiblər, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin rəhbərliyi iştirak etdib.

Daha sonra həmin müşavirədə qeyd olunan bütün bütün irad və təklifləri iclas iştirakçılarına çatdırdı. Qeyd etdi ki, tam haqqlı olaraq tutulan iradlar var ki, onlarıda çalışıb yaxın günlərdə aradan qaldırmalıyıq. Ədalət Vəliyevin reklam, internet resurslardan istifadə, mətbuatla sıx əməkdaşlıq məsələləri barədə fikrilərini təkrarən işçilərlə bölüşən Vaqif Vəliyev qeyd etdi ki, bu gün Füzuli Dövlət Dram teatrının xəbər saytı teatr saytlarının informasiya və xəbərlərin vaxt-vaxtında sayta yerləşdirilməsi baxımından ən öndə gedən altı teatr saytından biridir.Qeyd etdi ki, bu gün teatrın mətbuat xidməti çalışmalıdır ki, bu sıra sayı daha önə keçsin.Teatrın yeni mövsümündə repertuarın təyin olunması barədə nazir müavinin qeyd etdiyi tapşırıqları lazımı şəxslərə bildirərək indidən repertuara salına biləcək əsərlərin seçilməsi barədə tapşırıq verdi.

Daha sonra çıxış edən teatrın Baş rejissoru Asif Şirinov, Ədəbi hissə müdiri Əfsanə Kərimova və mətbuat katibi Səbuhi Vaqifoğlu qeyd etdi ki, teatr kollektivi olaraq yaxın günlərdə qeyd olunan bütün iradları aradan qaldırmağa çalışacayıq.