Teatrda “Günəş zindanda” əsərinin son məşqləri gedir

Bu yazı 281 dəfə oxunub


Füzuli Dövlət Dram teatrında 2016-cı ilin repertuarında Cahangir Məmmədovun "Günəş zindanda” əsərinin son məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.Tamaşada əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Vüqar Babayev, İntizar Quliyeva, Qaçaq Qarayev, Sevinc Məmmədova, Əli Hüseynov, Sehran Xanlarov, Fatimə Səfərəliyeva,Elçin Məmmədov, Aygün Cəfərova, Əsmər İbrahimova, Firuzə Səfərəliyeva, Elşən Gözəlov və başqaları çıxış edir.

Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.