Teatrın gənc aktyoru hərbi xidmətə yola düşdü

Bu yazı 376 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrının gənc aktyoru İsmayıl Əhliman oğlu İbrahimov hərbi xidmətə yola düşüb.

Məlumat üçün bildirək ki, İ.İbrahimov 1998-ci il martın 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə teatrın nəzdində fəaliyyət göstərən "Aktyor studiyası”nın fəal üzvlərindən olmuş, 2015-ci ildə müsabiqə yolu ilə teatrın yaradıcı heyətinə qəbul olunmuşdur.

Biz də Füzuli Dövlət Dram Teatrı olaraq uca Allahdan gənc aktyorun timsalında bütün Azərbaycan əsgərinin sağ-salamat hərbi xidməti başa vurub yurd-yuvasına dönməsini arzu edirik.

Allah Azərbaycan Ordusunu qorusun, amin.