Nazirliyin məsul əməkdaşlarından ibarət yaradılmış işçi qrupu bölgələrdə görüşlər keçirib

Bu yazı 232 dəfə oxunub


Nazirliyin məsul əməkdaşlarından ibarət yaradılmış işçi qrupu bölgələrdə görüşlər keçirmişdir.

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmrinə əsasən, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə nazirliyin məsul əməkdaşlarından ibarət yaradılmış işçi qrupu bölgələrdə görüşlər keçirmişdir.

İşçi qrupunun rəhbəri Fuad Nağıyev və qrupun üzvlərdən Namiq Qulamov, Pərviz İsgəndərli, Elnur Hüseynov turizm xidmətlərinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə daha da sıx əlaqələndirilməsi, turistlərə təqdim edilən xidmətlərin təhlili və xidmətlərin səviyyəsinin artırılması məqsədilə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında olmuş, mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüşlər keçirmişlər. Görüşlərdə yay turizm mövsümündə turistlərə mədəni xidmətlərinin təqdim edilməsi istiqamətində müzakirələr aparılmış və yeni imkanlar araşdırılmışdır.