Teatrda “Həmyerlilər” əsərinin son məşqləri gedir

Bu yazı 222 dəfə oxunub


Füzuli Dövlət Dram teatrında 2016-cı ilin repertuarında olan Altay Məmmədovun "Həmyerlilər” əsərinin son məşqləri gedir. 

Quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanov olan bu tamaşada əsas rollarda Qaçaq Qarayev, Sevinc Məmmədova, Məryəm Məmmədova, Vaqif Rəhimov, İntizar Quliyeva, Əsmər İbrahimova, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, Aygün Cəfərova, Sehran Xanlarov, Elçin Məmmədov, Vüqar Babayev və başqaları çıxış edir. 

Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.