Teatr “Bahar gülüşü” adlı şou-proqram hazırlayır

Bu yazı 401 dəfə oxunub


Füzuli Dövlət Dram teatrı novruz bayramına həsr olunmuş "Bahar gülüşü” adlı şou-proqram hazırlayır.

Şənliyin ssenari müəlifləri teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru teatrın baş rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.

Şou-proqramda müxtəlif nağıl qəhrəmanları, cizgi film simvolları, Keçəl və Kosa, Dədə-Qorqud, Bahar qızı,Göyçək Fatma, Şah, Vəzir, Şahzadə, saray təlxəkləri, Maşa və Ayı, Tıq-tıq xanım, Siçan və s.obrazlarında teatrın aparıcı aktyorları Əli Hüseynov, Sevinc Məmmədova, Vaqif Rəhimov, Məryəm Məmmədova, İntizar Quliyeva, Qaçaq Qarayev, Əsmər İbrahimova, Elşən Gözəlov, Fatimə Səfərəliyeva, Asif Şirinov, Aygün Cəfərova, Vüqar Babayev, İsmayıl İbrahimov, Ziyad Süleymanov və başqaları çıxış edir.

Şou-proqram 10 mart tarixindən 25 mart tarixinədək ictimaiyyətə təqdim olunacaq.