Vaqif Vəliyev "Fədai" medalı ilə təltif olunub

Bu yazı 491 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev mütəmadi olaraq cəbhə bölgəsində kollektivlə birlikdə etdiyi çıxışlarına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəlləri İctimai Birliyinin (QMEVSAIB) İdarə Heyətinin təsis etdiyi "Fədai" Medalı təltif olunub.

Medal Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı "N” saylı hərbi hissədə təşkil olunan tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani tərəfindən təqdim olunub.

Qeyd edək ki , Vaqif Vəliyev1958-ci il noyabrın 21-də Füzuli rayonunda sənətkar ailəsində anadan olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əlyevin 2013-cü il 25 iyun 2967 nömrəli sərəncamı ilə Vəliyev Vaqif Zülfü oğluna "Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilmişdir.