“Olmadı elə, oldu belə” tamaşasına daxili baxış keçirilib

Bu yazı 326 dəfə oxunub


Füzuli Dövlət Dram teatrı 2016-cı ilin repertuarında olan Ş.Qurbanovun "Olmadı elə, oldu belə” tamaşasına daxili baxış keçirib. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sevinc Məmmədova, Elşən Gözəlov, Əsmər İbrahimova, Sehran Xanlarov, Əli Hüseynov, Fatimə Səfərəliyeva, Aygün Cəfərova, Elçin Məmmədov,İsmayıl İbrahimov, Vüqar Babayev və başqaları çıxış edib.

Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.