Teatr kollektivi “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb

Bu yazı 416 dəfə oxunub

Füzuli Dövlət Dram teatrı mütəmadi görüşlərin davamı olaraq, 14 fevral 2015-ci il tarixində "N” saylı hərbi hissədə əsgərlərlə görüşüb.

Teatr repertuarında olan N.Vəzirovun"Hacı Qəmbər”, A.Səfərli "Fantan ərə gedir”, M.Əlizadə "Toy kimindir”, A.Məmmədov "Kişilər” əsərindən parçalar oynayıb.Tamaşada əsas rollarda teatrın aparıcı aktyorları və aktrisaları, Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov, Asif Şirinov, Məryəm Məmmədova, Vaqif Rəhimov, Aygün Cəfərova, Əsmər İbrahimova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib. Həmçinin teatrın aktrisası İntizar Quliyeva və Elçin Əhmədovun ifasında gözəl mahnılar səslənib.

Daha sonra kollektivlə xatirə şəkli çəkdirilib.