Azərbaycan Prezidenti sərəncam imzalayıb

Bu yazı 269 dəfə oxunub


İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23–27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilmişdir. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirə layiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ISESCO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, ISESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə qərara alıram: 1. ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası aşağıdakı tərkibdə yaradılsın: Komissiyanın sədri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Komissiyanın üzvləri Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 14 yanvar 2016-cı il.