Teatrda 20 Yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş anım mərasimi keçirilib

Bu yazı 326 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə ilk olaraq faciə şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev mərasimdə çıxış edərək bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi yazılsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.

V.Vəliyev keçmiş SSRİ rəhbərlərinin Bakıda azərbaycanlılara qarşı törətdikləri qırğının heç bir qanuna uyğun olmayan hadisə kimi qiymətləndirdi və xalqımızın başına gətirilən bu faciənin hər zaman qınanıldığını vurğuladı.