"Hacı Qəmbər” komediyasını rayon bir saylı Zobucuq qəsəbəsinin sakinlərinə təqdim edilib

Bu yazı 403 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı repertuarında olan və dövlət sifarişi yolu ilə hazırlanan Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” komediyasını rayon bir saylı Zobucuq qəsəbəsinin sakinlərinə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova,Habil Hacıyev,Əli Hüseynov, Əsmər İbrahimova, Elçin Məmmədov,Qaçaq Qarayev, Nicat Süleymanzadə, Aygün Cəfərova, Sehran Xanlarov və başqaları çıxış edib.

Tamaşanın sonunda çıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev və qəsəbə icra nümayəndəsi Elxan Heydərov teatrın kollektivinə öz minnətdarlığını bildirərək, "Hacı Qəmbər” tamaşasının qəsəbə sakinləri tərəfindən bəyənildiyini və belə görüşlərin mütəmadi olaraq keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Sonda kollektivlə birlikdə xatirə şəkli çəkdirilib.