Teatr yeni il münasibətilə "Qış möcüzəsi” adlı şou-proqram təşkil edəcək

Bu yazı 416 dəfə oxunub


Füzuli Dövlət Dram teatrı yeni il münasibətilə rayon sakinləri və qonaqlar üçün "Qış möcüzəsi” adlı şou-proqram təşkil edəcək.

Şənliyin ssenari müəlifləri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamları Ellinaz Balaşova, Rafiq Ocaqverdiyev, Tofiqə Fətəliyeva, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.

Dekabrın 20-dən yanvarın 10-dək davam edəcək bu şənlikdə sizləri nağıl qəhrəmanları, müxtəlif cizgi film simvolları, şən klounlar, Maşa və Ayı, ən əsası isə Şaxta baba və Qar qızın maraqlı çıxışları gözləyir.