“Eşq və intiqam” əsərinə daxili baxış oldu

Bu yazı 331 dəfə oxunub

24.11.2015-ci il tarixində Füzuli Dövlət Dram teatrında 2015-ci ilin repertuarında olan S.S.Axundovun "Eşq və intiqam” əsərinə daxili baxış oldu.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanov və Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Vaqif Rəhimov,Məryəm Məmmədova, İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov, Sevinc Məmmədova, Sehran Xanlarov, Nicat Süleymanzadə, Əsmər İbrahimova, Elşən Gözəlov, Fatimə Səfərəliyeva , İsmayıl İbrahimov, Vüqar Babayev və başqaları çıxış edir.

Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.