Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev 57 yaşını qeyd edir

Bu yazı 329 dəfə oxunub

Bu gün (21.11.2015) Füzuli Dövlət Dram teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vəliyev Vaqif Zülfü oğlunun 57 yaşı tamam olur.

O,1958-ci il noyabrın 21-də Füzuli rayonunda sənətkar ailəsində anadan olub. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun "Mədəni-maarif” fakultəsində ali təhsil almışdır.1981-1983-cü illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində çalışıb.1989-cu ildən hal-hazıra kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyir.

O, teatr fəaliyyəti dövründə Cahangir Məmmədovun "Günəş zindanda”, Həsən Əsgərxanov "Pristav Həsənalı bəy”, S.Axundov "Bəndalı bəndə düşüb”, Altay Məmmədov "Kişilər”, Loğman Rəşidzadə "Toya bir gün qalmış” tamaşalarına quruluş vermiş, həmçinin İlyas Əfəndiyevin "Unuda bilmirəm”də Kamran, Həsən Əsgərxanov "Pristav Həsənalı bəy”də Naçalnik, Cəlil Məmmədquluzadə "Danabaşlar”da Həsən kişi, Loğman Rəşidzadə "Toya bir gün qalmış”da Yaqub obrazlarını canlandırmışdır.

Vaqif Vəliyev öz sənətinin vurğunudur. Onun ən böyük sevgisi teatrdı. O, teatrımızın uğur qazanması yolunda yorulmadı, bezmədi və sədaqətini bu gün də sürdürür. Bu gün Vaqif müəllimin yaşının üstünə bir yaş da gəldi. Hər ilin necə keçdiyini bəlkə də hiss eləmir. Hiss olunan odur ki, bu gün Vaqif bəyi sağlam düşüncəli gənclər sevir, dostları, sənət yoldaşları, hətta onun tanımadığı insanlar sevir.

Biz Füzuli Dövlət Dram teatrı kollektivi bu dəyərli insana ilk növbədə can sağlığı , əmin amanlıq, uzun mənalı ömür arzulayır və canı qədər sevdiyi Teatrı zirvələrdə görməyi Allahdan təvəqqə edirik.

Təbriklər, Vaqif müəllim.