"Hacı Qəmbər” komediyası rayon üç saylı Zobucuq qəsəbəsinin sakinlərinə təqdim edilib

Bu yazı 356 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrı repertuarında olan və dövlət sifarişi yolu ilə hazırlanan Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” komediyasını rayon üç saylı Zobucuq qəsəbəsinin sakinlərinə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova,Habil Hacıyev,Əli Hüseynov, Əsmər İbrahimova, Elçin Məmmədov,Qaçaq Qarayev, Nicat Süleymanzadə, Aygün Cəfərova, Sehran Xanlarov və başqaları çıxış edib.

Tamaşanın sonunda çıxış edən qəsəbə icra nümayəndəsi teatrın kollektivinə öz minnətdarlığını bildirərək, "Hacı Qəmbər” tamaşasının qəsəbə sakinləri tərəfindən bəyənildiyini xüsusi qeyd edib.