"Hacı Qəmbər” əsəri rayon iki saylı Zobucuq qəsəbəsinin sakinlərinə təqdim edilib

Bu yazı 305 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” əsərini rayon iki saylı Zobucuq qəsəbəsinin sakinlərinə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova,Habil Hacıyev,Əli Hüseynov, Əsmər İbrahimova, Elçin Məmmədov,Qaçaq Qarayev, Nicat Süleymanzadə, Aygün Cəfərova, Sehran Xanlarov və başqaları çıxış edib.

Tamaşanın sonunda çıxış edən qəsəbə icra nümayəndəsi Firidun Hacıyev teatrın kollektivinə oz minnətdarlığını bildirərək, "Hacı Qəmbər tamaşasının qəsəbə sakinləri tərəfindən bəyənildiyini xüsusi qeyd edib.