Teatr “N” saylı hərbi hissədə keçirilən “Açıq qapı” tədbirində iştirak edib - FOTO

Bu yazı 360 dəfə oxunub


25.10.2015-ci il tarixində Füzuli Dövlət Dram teatrı "N” saylı hərbi hissədə keçirilən "Açıq qapı” tədbirində iştirak edib.Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov, "N” saylı hərbi hissə rəhbərləri,Qarabağ veteranları, və əsgər valideynləri iştirak edib.

Tədbirdə teatrın repertuarında olan tamaşalardan parçalar, aparıcıların "Vətən”, "Azərbaycan əsgəri” haqqındakı şeirləri əsgərlər və tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Daha sonra kollektiv əsgər yeməkxanasında əsgərlərlə birgə nahar edib və xatirə şəkli çəkdirib.