Füzuli Dövlət Dram Teatrı XXVII mövsümü açdı

Bu yazı 390 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı XXVII mövsümünü M.F.Axundzadənin "Hacı Qara” komediyası ilə açmağı planlaşdırırdı. Lakin müəyyən səbəblərə görə, mövsümü H.Mirələmovun "Xəcalət” tamaşası ilə açdı.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssam Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Fatimə Səfərəliyeva, Elçin Məmmədov, Elşən Gözəlov, Sehran Xanlarov və başqaları çıxış edir.

Tamaşa Horadiz şəhər F.Mehdiyev adına 2№-li tam orta məktəbin müəllim və şagird kollektivinə təqdim olundu. Sonda məktəbin direktoru Ləman Əliyeva çıxış edərək bildirdi ki, vətənpərvərlik mövzusunda olan bu tamaşa şagirdlərə vətəni sevməyin nə qədər vacib olduğunu bir daha sübut edir və onlarda vətən sevgisi yaradır. Həmçinin belə görüşlərin mütamadi olaraq keçirilməsinin tərəfdarı olduğunu bildirdi. Daha sonra şagirdlərlə birlikdə xatirə şəkili çəkdirildi.

Məlumat üçün bildiririk ki, teatr bu tamaşanı digər təhsil müəssələrinə və "N” saylı hərbi hissələrə nümayiş etdirməyi də planlaşdırır.