Füzuli Dövlət Dram Teatrı XXVII mövsümünü sentyabrın 23-də açacaq

Bu yazı 341 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı XXVII mövsümünü 23 sentyabrda M.F.Axundzadənin "Hacı Qara” tamaşası ilə açacaq. 

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Vaqif Rəhimov, Habil Hacıyev, Asif Şirinov, Məryəm Məmmədova, İntizar Quliyeva, Qaçaq Qarayev, Nicat Sülüeymanzadə, Əsmər İbrahimova, Elşən Gözəlov və başqaları çıxış edir.