Füzuli Dövlət Dram Teatrı XXVI mövsümü başa vurub

Bu yazı 327 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” komediyası ilə mövsümü başa vurub.

Belə ki, XXVI mövsümün yekunu ilə bağlı tədbir keçirilib.

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev tədbirdə hesabat xarakterli çıxış edib.

Qeyd edək ki, teatr XXVII mövsümü isə sentyabr ayının 25-i Mirzə.Fətəli Axundzadənin "Hacı Qara" tamaşası ilə açacaq.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Əsas rolları Vaqif Rəhimov, Qorxmaz Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Aygün Cəfərova, Əli Hüseynov, Nicat Süleymanzadə və digərləri ifa edir.