Füzuli Dövlət Dram Teatrında yeni premyera olub

Bu yazı 291 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında bu ilin repertuarına daxil olan Rəhman Əlizadənin "Dünyanın axırı” əsərinin premyerası olub.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Əsas rolları Vaqif Rəhimov, Qorxmaz Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Aygün Cəfərova, Əli Hüseynov, Nicat Süleymanzadə və digərləri ifa ediblər.

Xatırladaq ki, teatr XXVI mövsümə iyulun 15-də Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər” komediyası ilə yekun vuracaq və XXVII mövsümü isə 25.09.2015 tarixdə M.F.Axundzadənin "Hacı Qara" tamaşası ilə açacaqdır.