Mədəniyyət və turizm nazirinin müavini teatr kollektivi ilə görüşüb

Bu yazı 517 dəfə oxunub

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Füzuli rayonuna səfər edib. Səfərdə məqsəd Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Horadiz Şəhər Mədəniyyət Sarayının Füzuli Dövlət Dram Teatrının balansına verilməsi ilə əlaqədar teatr binasına baxış keçirmək, teatr kollektivi ilə görüşmək, o cümlədən rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq idi.

Nazir müavini əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb.

Səfər çərçivəsində nazirlik rəsmisi rayonda görülən quruculuq-abadlıq işləri tanış olub, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzində olub.

Ədalət Vəliyev və rayon icra başçısı teatrın binasında olub, yaradılmış şəraitlə tanış olub.

Sonra teatrda rayon mədəniyyət işçiləri və Füzuli Dövlət Dram Teatrının kollektivinin iştirakı ilə müşavirə keçirilib.

İlk öncə çıxış edən icra başçısı Alı Alıyev mədəniyyət işçilərinin, teatr kollektivinin fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra nazir müavini, əməkdar incəsənət xadimi Ədalət Vəliyev rayonda görülən quruculuq-abadlıq işlərini, o cümlədən mədəniyyət işçilərinin və teatr kollektivinin işlərini yüksək səviyyədə yerinə yetirdiklərini xüsusilə vurğulayıb.

Nazir müavini həmçinin Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevə xidməti maşın və teatra isə iki ədən müasir standartlara cavab verən teatr tumbası hədiyyə edib.

Sonda Ə.Vəliyev teatr kollektivinə öz peşələrinə bundan sonra daha məsuliyyətlə yanaşmalarını, müasir tələblərə cavab verən tamaşalar hazırlanmasını tövsiyyə edib.