Teatr Novruz bayramı ilə əlaqədar bayram tədbirləri keçirir

Bu yazı 448 dəfə oxunub

Füzuli Dövlət Dram teatrı Novruz bayramı ilə əlaqədar rayonun işğaldan azad olunmuş və yeni salınmış qəsəbələrindəki məktəblərdə, həmçinin mülki əhali qarşısında konsert-tamaşa proqramları ilə çıxış edərək bayram ərəfəsində əhalidə yüksək stimul yaratmışdır. Teatr həmçinin "N” saylı hərbi hissələrdə, o cümlədən düşmənlə 350-400 metr təmas xəttində yerləşən taborlarda da olmuş, məlum şəraitdə əsgərlərə xoş bayram əhval-ruhiyyəli tamaşa proqramı bəxş edərək onları sevindirmişdir.

Məlumat üçün bildiririk ki, hal-hazırda teatrda quruluşçu rejissoru Vaqif Rəhimov olan Malik Muxtarovun "Yuxunda görərsən” əsərinin stolarxası məşqləri gedir.