Nazirlikdən Füzuli Dövlət Dram teatrı ilə bağlı TARİXİ qərar

Bu yazı 381 dəfə oxunub

Bu gün Azərbaycanda teatrlara xüsusi diqqət yetirilir. Bunun nəticəsi olaraq, 2006-cı ildə Milli Məclisdə Azərbaycan mədəniyyəti və teatrı tarixində ilk dəfə "Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. 2007-ci ildə Prezident İlham Əliyev Azərbaycan teatrının maddi durumunun, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzaladı, sərəncamın icrasını təmin etmək məqsədilə bir çox qurumlara tapşırıqlar verildi. Daha sonra cənab İlham Əliyev Azərbaycan teatrının onillik inkişaf strategiyasını müəyyənləşdirən "Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq etdi. Dövlət proqramına əsasən, bir çox teatrlar və mədəniyyət sarayları yenidən quruldu və əsaslı təmir olundu. Bu tədbirlər planına əsasən əvvəllər bir mərtəbəli olan Horadiz şəhər Mədəniyyət evi də 2011-2012-ci il tarixdə əsaslı təmir olunmuşdur.Binanın birinci mərtəbəsində Füzuli Dövlət Dram teatrı ikinici mərtəbəsində isə rayon Mədəniyyət və Turizm şöbəsi və onun tabeliyində olan qurumlar fəaliyyət göstərir. Məlumat üçün bildiririk ki, Mədəniyyət Sarayının ümumi sahəsi 1472 kvadratmetr olan ikimərtəbəli bina şəklində inşa olunmuşdur. Binada yenidənqurma işlərinin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilmişdir. Binanın tamaşa zalında135 tamaşaçı yeri vardır. Bu gün yüksək səviyyədə inkişaf edən Azərbaycan teatrının bir qolu olan Füzuli Dövlət Dram Teatrının daha rahat şəraitdə işləməsini nəzərə alan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev Horadiz Mədəniyyət evinin əmlakı ilə birlikdə Füzuli Dövlət Dram teatrının balansına verilməsi haqqında əmr imzalamışdır. Həmin əmri olduğu kimi nəzərinizə çatdırıq.