Rayon Polis Şöbəsinin əməkdaşları “Tamahkar” əsərinə tamaşa etdilər

Bu yazı 390 dəfə oxunub

Bu yaxınlarda Füzuli Dövlət Dram teatrının qonağı olan Rayon Polis Şöbəsinin əməkdaşları teatrın repertuarda olan S.S.Axundovun "Tamahkar” əsərinə tamaşa etdilər.Tamaşada əsas rollarda Habil Hacıyev, Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova, Əli Hüseynov, Sehran Xanlarov, Aygün Cəfərova , Əsmər İbrahimova və başqaları çıxış etdilər. Tədbirdə Füzuli Rayon Polis Şöbəsinin rəisi başda olmaqla, şəxsi heyət, Füzuli Rayon prokuroru Rafael Zeynalov iştirak etdilər. 

Sonda Rayon polis şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov tamaşa haqqında müsbət fikirlər söyləyərək, yeni-yeni tamaşalara şəxsi heyətin cəlb edilməsinə söz verdi. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev gələn qonaqlara öz dərin minnətdarlığını bildirdi. 

Tədbirin  sonunda xatirə şəkili çəkdirildi.









 

Məlumat üçün bildiririk ki, hal-hazırda teatrda ssenari müəlifləri Vaqif Vəliyev, Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinov olan "Könlüm bahar istəyir”adlı Novruz şənliyinin son məşqləri gedir. Mart ayının 10-dan başlayaraq teatr rayonun işğaldan azad olunmuş kənd və yeni salınmış qəsəbələrində tamaşa proqramları ilə çıxış edəcək.Yekun tədbir isə 17,18 mart tarixində Horadiz şəhər İdman kompleksində olacaqdır.