Teatrda bərpa əsərlərinin məşqləri gedir

Bu yazı 417 dəfə oxunub

Hal-hazırda Füzuli Dövlət Dram Teatrında bərpa əsərlərinin məşqləri gedir. Belə ki, H.Mirələmovun "Xəcalət”, C.Məmmədquluzadənin "Kamança”, Ə.Əmirlinin "Onun iki qabırğası”, H.Vəzirovun "Döymə qapımı, döyərlər qapını” əsərlər yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.




Bundan başqa teatr qarşıdan gələn yeni il münasibətilə keçiriləcək bayram şənliyinə hazırlaşır.

Şaxta Baba, Qar Qız və nağıl qəhrəmanlarının yer aldığı şou proqrama teatrın cari repertuarında olan S.S.Axundovun "Tamahkar” əsəri ilə yekun vurulacaq. Yeni il şənlikləri rayonun işğaldan azad olunmuş kənd, qəsəbə məktəb və müəssisələrində, yekun tədbir isə Horadiz Şəhər Mədəniyyət Sarayında davam etdiriləcək.