Füzuli Dövlət Dram Teatrı XXV mövsümünü bağladı

Bu yazı 806 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı 15.07.2014 tarixdə H.B.Vəzirovun "Döymə qapımı, döyərlər qapını” tamaşası ilə XXV mövsümünü bağladı. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşcu rəssam Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada baş rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Nicat Süleymanzadə, Qaçaq Qareyev, Nurlan Rzaquluyev və digərləri çıxış edib.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı XXVI mövsümünü isə 25. 09.2014 tarixində İ.Əfəndiyevin "Unuda bilmirəm” əsəri ilə açacaq.