Yaradıcı və inzibati heyət

Bu yazı 6165 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı bir əsrə yaxın tarixi olan, XX əsrin 10-cu (1913-1914) illərində yaranmış Qaryagin Musiqili Dövlət Dram Teatrının sələfidir. Sonralar Sarabski DDT adlanan teatr 1953-cü ildə müəyyən səbəblər üzündən bağlandı. Teatr bağlansa da öz fəaliyyətini xalq teatrı formasında davam etdirirdi. Daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 5 iyul 1989-cu il tarixli 292 saylı qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 3459/1 saylı əmri ilə 1989-cu il avqust ayının 04-də Füzuli Dövlət Dram Teatrı yarandı.Azərbaycan SSR Mədəniyyət Nazirinin 312/k N-li əmri ilə əvvəllər Füzuli rayon Mədəniyyət evinin direktoru işləmiş Vəliyev Vaqif Zülfü oğlu teatrın direktoru təyin edildi 1992-ci ildən rayona ara-sıra hücumlar edildiyindən həmin ilin fevral ayından Füzuli teatrı öz fəaliyyətini Horadiz qəsəbə mədəniyyət evində davam etdirməli oldu. Horadizdə normal yaradıcılıq məşqləri və normal iş ahəngi məlum işğalla əlaqədar 1993-cü il 23 avqust tarixə, Füzuli teatrı Sumqayıta köçürülənə kimi davam etdi. 

2003-cü ilin noyabr ayına kimi teatr öz fəaliyyətini Sumqayıtda davam etdirdi. 2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonun Horadiz qəsəbəsinə qayıtdı.Teatr Mədəniyyət Nazirliyinin və Füzuli rayon İcra Hakimiyyətinin razılığı ilə Horadiz qəsəbəsi mədəniyyət evinə köçürüldü. Bu gün yüksək səviyyədə inkişaf edən Azərbaycan teatrının bir qolu olan Füzuli Dövlət Dram Teatrının daha rahat şəraitdə işləməsini nəzərə alan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev 02 fevarl 2015-ci il tarixli 89 nömrəli əmri ilə Horadiz Mədəniyyət evinin əmlakı ilə birlikdə Füzuli Dövlət Dram teatrının balansına verilmişdi. 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə teatrda Teatr Studiyası yaradılıb. Studiyaya əsasən müsabiqə yolu ilə istedadlı gənc oğlan və qızlar cəlb olunur. Studiyada fərqlənənlər teatrın yaradıcı heyətinə işə qəbul olunur. Bundan başqa teatrda hal-hazırda ustad sənətkarlar və orta nəslin nümayəndələri də uzun müddətdir ki, fəaliyyətini davam etdirir.

Füzuli Dövlət Dram Teatrının inzibati və yaradıcı heyəti hal-hazırda aşağıdakı tərkibdən ibarətdir:

Vaqif Zülfü oğlu Vəliyev - Teatrın direktoru, "Əməkdar Mədəniyyət İşçisi"


1958-ci il noyabrın 21-də Füzuli rayonun Füzuli şəhərində sənətkar ailəsində anadan olub. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda "mədəni-maarif” fakultəsində təhsil almışdır.1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində işləyib.1989-cu ildən hal-hazıra kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyir. 1990-cı ildən 1999-cu ilədək teatrın bədii rəhbəri və direktoru vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Cahangir Məmmədovun "Günəş zindanda”, Həsən Əsgərxanovun "Pristav Həsənalı bəy”, S.Axundovun "Bəndalı bəndə düşüb”, Altay Məmmədovun "Kişilər”, Loğman Rəşidzadənin "Toya bir gün qalmış” tamaşalarına quruluş vermiş və İlyas Əfəndiyevin "Unuda bilmirəm”də Kamran, Həsən Əsgərxanovun "Pristav Həsənalı bəy”də Naçalnik, Cəlil Məmmədquluzadənin "Danabaşlar”da Həsən kişi, Loğman Rəşidzadənin "Toya bir gün qalmış”da Yaqub obrazlarını canlandırmışdır.

Bütün bunlarla yanaşı Rayonda keçirilən kütləvi tədbirlərin bədii rəhbəri və quruluşçu rejissorudur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əlyevin 2013-cü il 25 iyun 2967 nömrəli sərəncamı ilə Vəliyev Vaqif Zülfü oğluna "Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilmişdir.

Vaqif Vəliyev mütəmadi olaraq cəbhə bölgəsində kollektivlə birlikdə etdiyi çıxışlarına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəlləri İctimai Birliyinin (QMEVSAIB) İdarə Heyətinin təsis etdiyi "Fədai" Medalı ilə də təltif olunub.Medal Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı "N” saylı hərbi hissədə təşkil olunan tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani tərəfindən təqdim olunmuşdur. Hərbi hissə də teatrın davamlı çıxışlarına görə digər bir təltif Horadizə şəhər statusunun verilməsi ilə əlaqədar keçirilən bayram tədbirində Vaqif Vəliyev Müdafiə Naziri Zakir Həsənovun xüsusi diploma ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin 14 avqust 2019-cu il tarixli 51 N-li əmri ilə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Asif Əhməd oğlu Şirinov - Teatrın baş rejissoru, "Əməkdar artist"


1959-cu ilin avqustun 31-də Füzuli rayonun Dövlətyarlı kəndində anadan olub.M.K.Krupskaya adına Mədəni Maarif öz fəaliyyət dram dərnəyinin rəhbəri (1977-1979) və (2000-2005) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakultəsini bitirib. 1989-cu il Füzuli DDT-da truppa müdiri, daha sonra isə aktyor və quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu illərdə A.Səfərli "Fantan ərə gedir”də Misiri, S.S.Axundov "Eşq və intiqam”da Cəbi, R.Səməndər "Gəlməyin, görməyin, gülməyin”də Məhəmmədəli, C.Məmmədov "Günəş zindanda”, Şeyx Hidayət "Məhəbbət yaşayır hələ”də Kərəməli, Anar "Təhminə və Zaur”da Murtuz, C.Cabbarlı "Almaz”da Mirzə Səməndər, "Aydın”da Mirzə Cavad, Ə.haqverdiyev "Dağılan tifaq” Həmzə, M.Qacar "Qabanın səfəri”ndə Porsuq, S.Səxavət "Qapıların o üzündə qalan dünya”da Gülalı, H.Mirələmov "Vicdanın hökmü”ndə Rəhman, S.S.Axundov "Tamahkar”da Əliqulu, S.Axundov "Bəndalı bəndə düşüb”də Qurban, N.Vəzirov "Daldan atılan daş topuğa dəyər”də Dəli Yaşar, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Baba, Rəhman Əlizadə "Dünyanın axırı"da polis və s.obrazlarını yaratmışdır.

2007-ci ildən isə teatrda baş rejissor kimi fəaliyyət göstərir. O, A.Səfərli "Qarabağım qan ağlar”, N.B.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük”, "Daldan atılan daş topuğa dəyər”, S.Axundov "Bəndalı bəndə düşüb”, S.S.Axundov "Tamahkar”, "Şahsənəm və Gülpəri”, H.Mirələmov "Vicdanın hökmü”, İ.Əfəndiyevin "Unuda bilmirəm” , C.Məmmədquluzadə "Kamança”, T.Məmmədov "Ana abidəsi”, S.Rüstəm "Çimnaz xanım yuxuda”, M.S.Ordubadi "5 manatlıq gəlin”, N.Vəzirov "Adı var, dadı yox”, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”, H.Mirələmov "Xəcalət”, M.F.Axundzadə "Hacı Qara”, Ə.Əmirli "Varlı Qadın” və s.tamaşalarının qurluşçu rejissorudur. Həmçinin Azərbaycan peşəkar milli teatrının 140 illik yubleyi ilə əlaqədar "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur. 2018-ci ildə Azərbaycan Respublikasının imzaladığı sərəncamla "Əməkdar artist" adına layiq görülüb.

Azər Hümbət oğlu Abbasov - Direktor müavini


1985-ci il aprelin 23-də Füzuli rayonunda anadan olub. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakultəsini bitirib. Teatrda Baş inzibatçı vəzifəsində çalışıb. Hal-hazırda Füzuli Dövlət Dram Teatrının direktor müavini vəzifəsində işləyir.

İntizar Təhməzqulu qızı Quliyeva – Ali dərəcəli aktrisa, Prezident mükafatçısı

Quliyeva İntizar Təhməzqulu qızı 1963-cü il dekabrın 9-da Cəbrayıl rayonunun Daşveysəlli kəndində anadan olub. Orta təhsillidir. 1989-cı ildən Füzuli Dövlət Dram teatrında işə başlayıb.

1989-cu ildən teatrda aktrisa kimi fəaliyyət göstərir. Yüksək yaradıcılıq qabiliyyəti olan aktrisa işlədiyi müddət ərzində Süleyman Rüstəmin "Durna” komediyasında Lalə, S.S.Axundovun "Tamahkar” əsərində Nabat, C.M.Quluzadənin "Danabaş kəndinin əhvalatı” əsərində Zeynəb, S.S.Axundov "Eşq və İntiqam”da Qəmər, S.Axundov "Bəndalı bəndə düşüb” Püstə, S.Saxavətin "Qapların o üzündə qalan qalan dünya” əsərində Alagöz, M.F.Axundzadə "Hacı Qara”da Sona, C.Cabbarlı "Almaz”da Almaz, Y.Əzimzadə "Nəsrəddin”də Pəri, C.Məmmədov "Günəş zindanda”, Qarı, H.Əsgərxanov "Pristav Həsənalı bəy”də Həcər, C.Cabbarlı "Aydın” əsərində Gültəkin,, Ş.Qurbanov "Olmadı elə, oldu belə” də Matan, N.Vəzirov "Müsibəti-Fəxrəddin”də Mələk, S.S.Axundov "Eşq və intiqam”da Həcər, A.Məmmədov "Həmyerlilər”də Göyçək, E. Əfəndiyev "Qatil”də Qadın, Ə.Səmədli "Əhmədin vəfalı xoruzu” Nənə, Əhməd Orucoğlu "Nənənin kələyi”də Nənə, S. İbrahimli "Sadığın toyu”da Ana, M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah” da Şərəbanu, Y.Əzimzadə "Nəsrəddin” Ana və s. rollarını canlandırıb.

Habil Mirzəoğlu Hacıyev - Ali dərəcəli aktyor, "Fəxri Mədəniyyət İşçisi"


1970-ci il mart ayının 28-də Füzuli rayon Qaradağlı kəndində anadan olub. 1990-92-ci illərdə Zaqatal Politexnik Texnikomunu bitirib. 2001-2006-cı illərdə Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakultəsini bitirib. 1989-cu ildən teatrda aktyor kimi fəaliyyət göstərir. Yüksək yaradıcılıq qabiliyyəti olan aktyor işlədiyi müddətdə S.Rəhman "Toy”da Şeyda (1993), C.Məmmədov "Günəş zindanda” da Kamran ,S.S.Axundov "Tamahkar”da Qulu və Hacı Saleh , M.Qacar "Qabanın səfəri” də Çaqqal L.Rəşidzadə "Toya bir gün qalmış”da Qulam, A.Şaiq "Bir saat xəlifəlik”də Malik ibn Səid, A.Məmmədov "Həmyerlilər”də Gümüşov, A.P.Çexov "Təklif”də Çubukov, N.Vəzirov "Hacı Qəmbər”də Qıdı kirvə və Molla Səfi, C.Məmmədquluzadə "Kamança”da Əziz , C.Məmmədov, F.Məhərrəmov "Şərxanın şər oyunu”da Şərxan, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Seyfi , Y.Əzimzadə "Nəsrəddin”də Nəsrəddin , A.Səfərli "Qarabağım qan ağlar”da Vazgen , Q.Rəsulov "Məhəbbət oyunu”da Nuruş, N.B.Vəzirov "Daldan atılan daş topuğa dəyər” Heydərəli S.S.Axundov "Şahsənəm və Gülpəri”də Molla Qulam, H.Mirələmov "Vicdanın hökmü”də Aşot, M.F.Axundov "Müsyö Jordan və Dərviş Məstəli şah” da Dərviş, Y.Əzimzadə "Nəsrəddin”də Qara Dərviş, A.Şaiq "Bir saat xəlifəlik”də Qoca kişi və s. obrazları canlandırmışdır. 1990-cı ildən bəri Füzuli Dövlət Dram Teatrında çalışır. 1993-cü ildən Teatr Xadimlər İttifaqının üzvüdür. Həmçinin Azərbaycan peşəkar milli teatrının 140 illik yubleyi ilə əlaqədar "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.

Ellinaz Famil qızı Balaşova - Teatrın baş rəssamı


1964-cü il martın 16-da Füzuli rayonun Yağlıvənd kəndində anadan olub. Reklam tərtibatı üzrə icraçı rəssam texniki peşə məktəbini bitirib.1991-ci ildən Füzuli DDT-da çalışır. 2007-ci ildən teatrın baş rəssamı kimi fəaliyyət göstərir. İşlədiyi müddətdə S.S.Axundov "Tamahkar”, C.Məmmədquluzadə "Kamança”, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”, S.S.Axundovun "Eşq və İntiqam" Çingiz, S.M.Qənizadə "Nəbakər qonşu”, Q.Rəsulov "Məhəbbət oyunu”, S.Dağlı "Oyun bitdi”, N.B.Vəzirov "Hacı Qəmbər”, Ə.Əmirli "Onun iki qabırğası”, İ.Əfəndiyev "Unuda bilmirəm”, S.Axundov "Bəndalı bəndə düşüb”, H.Mirələmov "Vicdanın hökmü”, T. Məmmədov "Ana abidəsi", A.Səfərli "Qarabağım qan ağlar”, Y.Əzimzadə "Nəsrəddin”, M.F.Axundzadə "Hacı qara”, Ə.Əmirli "Yeddi məhbusə”, Ş.Tofiqqızı "Taleyin bir üzü”, S.Rüstəm "Çimnaz xanım yuxudadır” , H.Mirələmov "Xəcalət”, Ə.Haqverdiyev "Dağılan tifaq”,S.Dağlı "Adı sənin, dadı mənim”, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”, S.Rüstəm "Gəldi-gedər”, Rəhman Əlizadə "Dünyanın axırı", Ə.Əmirli "Varlı qadın”, S.S.Axundov "Tamahkar”, E.Abdullayeva "Ağ qayıq”, Ş.Qurbanov " Olmadı elə, oldu belə”, C.Məmmədov "Günəş zindanda” , N.Vəzirov "Müsibəti-Fəxrəddin”, Ş.Qurbanov "Özümüz bilərik”, S.S.Axundov "Eşq və intiqam”, E.Hüseynbəyli "Qaçaq qocalar”, M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məsətli şah”, S.İbrahimli "Sadığın toyu”, N.Kazımov "Ələddinin sehrli çırağı”, Ə.Orucoğlu "Nənənin kələyi”, A.Şaiq "Bir saat xəlifəlik” , Ə.Səmədli "Əhmədin vəfalı xoruzu” Y.Əzimzadə "Nəsrəddin”, A.Həsənoğlu "Yaddaş” və s. tamaşaların quruluşçu rəssamıdır.

                                        Əfsanə Rizvan qızı Kərimova - Ədəbi hissə müdiri 


1996-ci il fevralın 27-də beyləqan rayon I Şahsevən kəndində anadan olub. Gəncə Dövlət Üniveristetinin tarix fakultəsini bitirib. 2013-ildən teatrda ədəbi hissə müdiri olaraq çalışır.

Zamin Zakir oğlu Quliyev- Truppa müdiri, Aktyor



1992-ci il aprelin 26-da Füzuli rayon Aşağı Seyidəhmədli kəndində anadan olub. Şuşa Musiqi Kollecinin Xanəndəlik ixtisasını bitirib. 2019-cu ildən teatrda çalışır. İşlədiyi müddətdə N.Vəzirovun "Hacı Qəmbər”də Aşıq Vəli, Y.Əzimzadə "Nəsərddin”də Fərrac, Akif Həsənoğlu "Yaddaş”da Çoban rollarını ifa etmişdir.

Tərgül Alış qızı Məhərrəmova - Quruluş hissə müdiri


2004-cü ildən 2013-cü ilədək kostyumçu, kostym sexinin müdiri, 2013-ildən isə bədii quruluş hissə müdiri vəzifəsində çalışır.

Əli Şükür oğlu Hüseynov - Quruluşçu rejissor, aktyor


1985-ci il oktyabrın 20-də Füzuli rayonun Horadiz şəhərində anadan olub. 2006-cı ildən Füzuli DDT-da aktyor kimi işləyir. 2006-cı ildən Füzuli DDT-da aktyor kimi işləyir. İşlədiyi müddətdə S.S.Axundov "Tamahkar”da Hacı Saleh, C.Məmmədquluzadə "Kamança"da Qəhrəman Yüzbaşı, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Fəqan, həmçinin Mayıl, S.S Axundovun "Tamahkar" da İmran, S.S.Axundovun "Eşq və İntiqam" da Çingiz, S.M.Qənizadə "Nəbakər qonşu”da Cəfər, Q.Rəsulov "Məhəbbət oyunu”nda Camal, S.Dağlı "Oyun bitdi”də Mazan, N.B.Vəzirov "Hacı Qəmbər”də Əşrəf bəy, Ə.Əmirli "Onun iki qabırğası”nda Cavanşir, İ.Əfəndiyev "Unuda bilmirəm”də Cəmil, S.Axundov "Bəndalı bəndə düşüb”də Cəmil, H.Mirələmov "Vicdanın hökmü”ndə Fedya, T. Məmmədov "Ana abidəsi" də Zaur, A.Səfərli "Qarabağım qan ağlar”da Fərhad, Y.Əzimzadə "Nəsrəddin”də Nəsrəddin, M.F.Axundzadə "Hacı qara”da Əsgər bəy, Ə.Əmirli "Yeddi məhbusə”də Polis, Ş.Tofiqqızı "Taleyin bir üzü”də Ceyhun, S.Rüstəm "Çimnaz xanım yuxudadır”da Əli, H.Mirələmov "Xəcalət”də Vətən, Ə.Haqverdiyev "Dağılan tifaq”da Səlim bəy,S.Dağlı "Adı sənin, dadı mənim”də Nəzarətçi, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Məşədi Ramazan, S.Rüstəm "Gəldi-gedər”də Dəmirov, Rəhman Əlizadə "Dünyanın axırı" əsərində Ruh, Ə.Əmirli "Varlı qadın”da Qara, S.S.Axundov "Tamahkar”da İmran bəy, E.Abdullayeva "Ağ qayıq”da Camal, Ş.Qurbanov " Olmadı elə, oldu belə”də Bayandur, C.Məmmədov "Günəş zindanda” Şeyx, N.Vəzirov "Müsibəti-Fəxrəddin”də Mahmud bəy, Ş.Qurbanov "Özümüz bilərik”də Miriş, S.S.Axundov "Eşq və intiqam”da Şahbaz bəy, E.Hüseynbəyli "Qaçaq qocalar”da Məhəmməd, M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məsətli şah”da Qulaməli, S.İbrahimli "Sadığın toyu”nda Sadıq, N.Kazımov "Ələddinin sehrli çırağı”nda şah, Ə.Orucoğlu "Nənənin kələyi”də Bəylər kişi, A.Şaiq "Bir saat xəlifəlik”də Vali, Ə.Səmədli "Əhmədin vəfalı xoruzu”nda Şah, Y.Əzimzadə "Nəsrəddin”də Fərzəli bəy, A.Şaiq "Bir saat xəlifəlik”də Vali, A.Həsənoğlu "Yaddaş”da Süleyman Baba və s. tamaşalarda müxtəlif obrazları canlandırmışdır. Həmçinin Ə.Haqverdiyevin "Məşədi qulam qiraət öyrənir” , A.Məmmədov "Həmyerlilər”, E.Hüseynbəyli " Qaçaq qocalar” , Ə.Orucoğlu "Nənənin kələyi”, Y,əzimzadə "Nəsərddin” tamaşalarına quruluş vermişdi.

Sehran Tehran oğlu Xanlarov -  Ali dərəcəli aktyor, rejissor


1977-ci il dekabrın 12-də Füzuli rayonunun Babı kəndində anadan olub. 2003-cü ildə Füzuli Dövlət Dram Teatrına müsabiqə yolu ilə aktyor təyin olunub. İşlədiyi müddətdə S.S.Axundov "Bənddalı bəndə düşüb”də Cəmil, C.Məmmədquluzadə "Kamança”da Qəhrəman yüzbaşı, C.Məmmədov və F.Məhərrəmov "Şərxanın şər oyunları”nda Azər, R.Toma "Tələ”də Avara, Ə.Əmirli "Varlı qadın”da Professor, "Onun iki qabırğası”nda Dədə,L.Rəşidzadə "Toya bir gün qalmış”da Doktor İsmayıl, T.Məmmədov "Ana Abidəsi”ndə Zaur, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Cinli Mayıl, A.Çexov "Duel”də Kahya, N.Vəzirov "Adı var özü yox”da Allahqulu, S.S.Axundov "Tamahkar”da Hacı Saleh,E.Abdullayeva "Ağ qayıq”da Erməni zabiti, Rəhman Əlizadənin "Dünyanın axırı"da Molla, N.B.Vəzirovun " Hacı Qəmbər" əsərində Tıntın İmamqulu, Ə.Haqverdiyev "Dağılan tifaq”da Aslan bəy,Hüseynbala Mirələmovun "Xəcalət" əsərində həkim "Vicdanın hökmü”ndə Fedya,  N.Vəzirov Müsibəti-Fəxrəddin”də Rüstəm bəy, S.S.Axundov "Eşq və intiqam” İbad, İ.Əfəndiyev "Unuda bilmirəm” Kərəm kişi, C.Məmmədov "Günəş zindanda”Qulam, Ş.Qurbanov "Olmadı elə, oldu belə” Şahqulu, "Özümüz bilərik”də Bədirli, E.Hüseynbəyli "Qaçaq qocalar”da Yusif, A.Məmmədov "Həmyerlilər”də Balvazov, "Nəsimi eşqi”də Əmir Teymur,"E.Əfəndiyev "Qatil”də Polis, M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah” da Hətəmxan ağa, Ə.Orucoğlu "Nənənin kələyi” də  Musiqiçi, S.İbrahimli "Sadığın toyu”da Mozu, N.Kazımov "Ələddinin sehrli çırağı” Vəzir, Ə.Səmədli "Əhmədin vəfalı xoruzu” Vəzir, Y.Əzimzadə "Nəsrədin”də Darğa,  A.Şaiq "Bir saatlıq xəlifə”də Vəzir və s. rolları canlandırmışdır. M.Qacar "Qabanın səfəri”, N.Kazımov "Ələddinin sehrli çırağı, Ə.Səmədli "Əhmədin vəfalı xoruzu əsərlərinə quruluş vermişdir.

Rahibə Yavər qızı  Baxışalıyeva – Rejissor assisenti



1997-ci il martın 12-də İmişli rayonunda anadan olub. 2019-cu ildən teatrda rejissor assisenti vəzifəsində çalışır.

Qaçaq Məhərrəm oğlu Qarayev - Ali dərəcəli aktyor


1981-ci il noyabrın 01-də Füzuli rayonun Yağlıvənd kəndində anadan olub. 2009-cu ildən Füzuli DDT-da aktyor olaraq çalışır. 2009-cu ildən Füzuli DDT-da aktyor olaraq çalışır. Teatrda işlədiyi müddətdə S.S.Axundov "Şahsənəm və Gülpəri”də Qafar, "Tamahkar”da Məhərrəm bəy, A.Səfərli "Qarabağım qan ağlar”da Səməndər, S.Axundov "Bəndalı bəndə düşüb”də Əli, Y.Əzimzadə "Nəsrəddin”də Əhməd, S.Dağlı "Oyun bitdi”də Gavı, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Mayıl, Q.Rəsulov "Məhəbbət oyunu”da Nuruş, Ə.Əmirli "Onun iki qabırğası”nda Səyyad, H.Mirələmov "Vicdanın hökmü”ndə Rəhim, N.B.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük”də Hacı salman, E.Abdullayeva "Ağ qayıq”da Camal, İ.Əfəndiyev "Unuda bilmirəm”də Kamran, M.F.Axundzadə "Hacı Qara”da Heydər bəy, Ə.Əmirli "Yeddi məhbusə”də Dədə, Ə.Əmirli "Onun iki qabırğası”nda Səyyad, H.Mirələmov "Xəcalət”də Vətən, S.Dağlı "Adı sənin, dadı mənim”də Qəlyanalı, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Dilqəm, S.S.Axundov "Şahsənəm və Gülpəri”də Pinəçi Qafar, S.Rüstəm "Çimnaz xanım yuxuda”da Qafar, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Məşədi Qulam, Ə.Haqverdiyev "Ağac kölgəsində”də Ocaqverdi, S.S.Axundov "İki yol”da Molla Fətdah, Rəhman Əlizadənin "Dünyanın axırı"da Əzrayıl və rəis, S.S.Axundov "Eşq və intiqam”da Əlimərdan, Ə.Haqverdiyev "Dağılan tifaq” Nəcəf bəy, E.Əfəndiyev "Qatil” Cavan oğlan, Ş.Qurbanov "Olmadı elə, oldu belə”də Alanzadə, "Özümüz bilərik”də Murtuzov, C.Məmmədov "Günəş zindanda”da Aslan bəy, A.Məmmədov "Həmyerlilər”də Gümüşov, N.Vəzirov "Müsibəti- Fəxərddin”də Əhməd, S.İbrahimli "Sadığın toyu”nda  Bələdiyyə,  Ə.Orucoğlu "Nənin kələyi”ndə I Musiqiçi, N.Kazımov "Ələddinin sehrli şırağı "da  Cin, Ə.Səmədli "Əhmədin vəfalı xoruzu”nda  Qoçu, M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah”da Müsyö Jordan, Y.Əzimzadə "Nəsrəddin”də Əhməd kişi, A.Şaiq "Bir saat xəlifəlik” Bəhlul Danəndə, Akif Həsənoğlu "Yaddaş”da Adil, Həzi Aslanovun 110 illiyi ilə əlaqədar "Qafqaz dağlarından boylanan günəş” poetik xalq tamaşasında Həzi Aslanov və s. obrazlarını yaratmışdır. 

Sevinc Qaçay qızı Məmmədova - Ali dərəcəli aktrisa


1974-cü il martın 22-də Füzuli rayonun Horadiz şəhərində anadan olub. 2009-cu ildən Füzuli DDT-da aktrisa kimi çalışır. Teatrda işlədiyi müddətdəY.Əzimzadənin "Nəsrəddin”də Tükəz, N.B.Vəzirov"Hacı Qənbər”də Dilbər, Q.Rəsulov "Məhəbbət oyunu”nda Ceyran, İ.Məlikzadə Subaylarınızdangörəsiniz”də Gülxanım, S.Dağlı "Oyun bitdi”də Usandıq, H.Mirələmov "Vicdanın hökmü”ndə Güllü, Ə.Əmirli "Onun iki qabırğası”da Ceyran, A.Səfərli "Qarabağım qan ağlar”da Aynur, T.Məmmədov "Ana abidəsi”də Nərgiz, İ.Əfəndiyev "Unuda bilmirəm”də Nərmin , İ.Əfəndiyev "Bizim qəribə taleyimiz”də Nərmin,M.F.Axundzadə "Hacı Qara”da Tükəz, S.S.AXundov "Şahsənəm və Gülpəri”də Şahsənəm, S.Axundov "Bəndalı bəndə düşüb”də Zərif, Ə.Əmirli "Yeddi məhbusə”də Tomris, H.Mirələmov "Xəcalət”də Fərqanə, E.Abdullayeva "Ağ qayıq”da Ağgül, M.F.Axundzadə "Hacı Qəmbər”də Cəvahir, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Günay, S.Rüstəm "Çimnaz xanım yuxuda” Nabat, Ə.Haqverdiyev "Dağılan tifaq”da Pərixanım, Sona xanım, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Nataşa, S.Rüstəm "Gəldi-gedər”də Gülarə, S.S.Axundov "Eşq və intiqam”da Yasamən, "Tamahkar”da Gülzar,  S.Dağlı "Adı sənin, dadı mənim”də Səbirə Ş,Qurbanov "Olmadı elə, Oldu belə”də Gulnar,  A.Məmmədov "Həmyerlilər”də Zəhra, C.Məmmədov "Günəş zindanda”da Şəfəq, Nəcəf bəy Vəzirov "Müsibəti-Fəxrəddin”də Gülbahar,  E.Əfəndiyev "Qatil”də Qonşu qadın, Ş.Qurbanov "Özümüz bilərik” Lalə, Ə.Orucoğlu "Nənənin kələyi” Nabat, S.İbrahimli "Sadığın toyu” Lalə, M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah” Şərəfnisə, Y.Əzimzadə "Nəsrəddin”də Tükəz, Ə.Səmədli "Əhmədin vəfalı xoruzu”nda Ları Xoruz, A.Şaiq "Bir saat xəlifəlik”də Xədicə, A.Həsənoğlu "Yaddaş”da Sənəm və s.s.obrazları yaratmışdır.

Elşən Şahin oğlu Gözəlov - Ali dərəcəli aktyor


1988-ci il iyulun 26-da Füzuli rayonun Əhmədalılar kəndində anadan olmuşdur. 2013-cü ildən Füzuli DDT-da işləyir. Bu müddətdə M.F.Axundzadə "Hacı Qara”da Səfər bəy, H.Mirələmov "Xəcalət”də Kürən, N.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük”də Əşrəf bəy, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Ceyhun, S.Dağlı "Adı sənin, dadı mənim”də Durijinaçı, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Mirzə Yusif, S.Rüstəm "Çimnaz xanım yuxuda” Əli, Ə.B.Haqverdiyev "Dağılan tifaq”da Süleyman bəy, İ.Əfəndiyev "Unuda bilmirəm”də Kamran, C.Məmmədovun "Günəş zindanda"Azər”, N.Vəzirov "Müsibəti-Fəxrəddin”də Fəxrəddin, Ə.Orucoğlu "Nənənin kələyi” də Namiq, Ş.Qurbanov "Olmadı elə, oldu belə”də Anar, S.S.Axundov "Eşq və intiqam”da Şəmsi bəy, "Tamahkar”da İmran, "Nəsimi eşqi” Nəsimi,  M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah”da Şahbaz bəy, A.Şaiq "Bir saat xəlifəlik” Yasir, və s. obrazlarını yaratmışdır.

Aygün Loğman qızı Cəfərova - 2-ci dərəcəli aktrisa


1984-cü il aprelin 04-də Füzuli rayonun Pirəhmədli kəndində anadan olub. 2009-cü ildən Füzuli DDT-da aktrisa olaraq çalışır. Teatrda işlədiyi müddətdə A.Səfərli "Qarabağım qan ağlar”da Nigar, N.B.Vəzirov "Daldan atılan daş topuğa dəyər”də Səkinə, Y.Əzimzadə "Nəsrəddin”də Xidmətçi, S.Dağlı "Oyun bitdi”də tibb bacısı, Ə.Əmirli "Yeddi məhbusə”də Qüdrət, H.Mirələmov "Xəcalət”də Gülyaz, Ə.Haqverdiyev "Dağılan tifaq” Nazlı, N.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük”də Yetər, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Xalidə, S.Rüstəm "Gəldi-gedər”də Fatı, S.Rüstəm "Çimnaz xanım yuxuda” da Nabat, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Şahpəri, İ.Əfəndiyev "Unuda bilmirəm”də Naridə xidmətçi, H.Mirələmov "Vicdanın hökmü”ndə Aygün, Rəhman Əlizadənin "Dünyanın axırı"da Ruh, Ş.Qurbanov "Olmadı elə, oldu belə”də Naməlum qadın, C.Məmmədov "Günəş zindanda” Məsmə arvad, S.S.Axundov "Eşq və İntiqam”da Zöhrə, N.Vəzirov "Müsibəti-Fəxrəddin”də  Hürü nənə,  N.Kazımov "Ələddinin sehrli çırağı”da Budur, S.İbrahimli "Sadığın toyu”da  Lalə, Əli Səmədli "Əhmədin vəfalı xoruzu”da Qızıl Xoruz, A. Şaiq "Bir saat xəlifəlik” də Minurə və s. obrazları yaratmışdır.

Mehriban Müslüm qızı Məmmədova - 2-ci dərəcəli aktrisa


1982-ci ildə avqust ayının 2-də Füzuli rayonu Horadiz şəhərində anadan olub. Hal-hazırda Füzuli Dövlət Dram Teatrında Rejissor assisenti vəzifəsində çalışır. 2016-cı ildən teatrda aktrisa kimi fəaliyyət göstərir. İşlədiyi müddət ərzində S.S.Axundov "Eşq və İntiqam”da Qəmər, S.Axundov Ş.Qurbanov "Olmadı elə, oldu belə” də Xavər, N.Vəzirov "Müsibəti-Fəxrəddin”də Mələk,  A.Məmmədov "Həmyerlilər”də Göyçək, və s. rolları canlandırıb.

Elçin Mehman oğlu Məmmədov - 2-ci dərəcəli aktyor


1987-ci il dekabrın 28-də Füzuli rayonun Əhmədalılar kəndində anadan olub. 2011-ci ildən Füzuli DDT-da aktyor olaraq çalışır. Bu müddətdə S.Dağlı "Oyun bitdi”də Rasim, Q.Rəsulov "Məhəbbət oyunu”da Camal, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Fəqan, İ.Əfəndiyev "Unuda bilmirəm”də gürcü mayor, M.F.axundzadə "Hacı Qara”da Naçalnik, Ə.Əmirli "Onun iki qabırğası”nda professor, Ə.Əmirli "Yeddi məhbusə”də Polis, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Elxan, H.Mirələmov "Xəcalət”də Murad, N.Vəzirov "Hacı Qəmbər”də Mayor Xudaverdi, Ə.Haqverdiyev "Dağılan tifaq”da Nəcəf bəy, "Vicdanın hökmü”ndə Sabir, S.Rüstəm "Çimnaz xanım yuxudadır”da Qafar, S.Axundov "Bəndalı bəndə düşüb”də Cəmil, C.Məmmədov "Günəş zindanda”da Ata Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Mirzə Yusif, İ.Əfəndiyev "Unuda bilmirəm”də Polis, S.S.Axundov "Tamahkar”da Məhərrəm bəy, S.Rüstəmov"Gəldi-gedər”də Milisoner, S.Dağlı "Adı sənin, dadı mənim”də Qənimətzadə , E.Abdullayeva "Ağ qayıq”da Rüstəm, Ş.Qurbanov "Olmadı elə oldu belə” də Zamanov, S.S.Axundov "Eşq və intiqam”da Səfi bəy, N.Vəzirov "Müsibəti-Fəxrəddin”də Şahmar bəy, N.Kazımov "Ələddinin sehrli çırağ”da  Qara cadugər, S.İbrahimli "Sadığın toyu”nda Polis, Ə.Səmədli "Əhmədin vəfalı xoruzu”da Cəllad, Y.Əzimzadə "Nəsrəddin”də Padşah, A.Şaiq "Bir saat xəlifəlik”də Xəlifə, A.Həsənoğlu "Yaddaş” da Səyyad kişi və s.obrazları canlandırmışdır.

Nicat Ürfət oğlu Süleymanzadə - 2-ci dərəcəli aktyor


1991-ci il mayın 16-da Füzuli rayon babı kəndində anadan olub. 2011-cu ildən teatrda aktyor işləyir. Bu müddət ərzində İlyas əfəndiyevin "Unuda bilmirəm" də İrşad, M.F.Axundzadə "Hacı Qara"da Əsgər bəy, S.S.Axundov "Tamahkar”da İmran bəy,Nəcəf bəy Vəzirov " Hacı Qəmbər"də Əşrəf bəy, Süleyman Sani Axundov " "Eşq və intiqam" da Çingiz, Ə.B.Haqverdiyev "Dağılan tifaq" da Süleyman bəy, H. Mirələmov "Xəcalət"də Kürən, "Vicdanın hökmü”ndə Kamran, Süleyman Rüstəm "Çimnaz xanım yuxuda"da Əli, Cahangir Məmmədov "Günəş zindanda"da Əliş, Nicat Kazımlı "Ələddinin sehrli çırağı"da Ələddin, S.İbrahimli "Sadığın toyu”nda Sadığ, Ə.Orucoğlu "Nənənin kələyi”ndə Namiq, Əli Səmədli "Əhmədin vəfalı xoruzu”nda Əhməd, M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah”da Şahbaz bəy, Yusif Əzimzadə "Nəsrəddin”də Nəsrəddin, A.Şaiq "Bir saat xəlifəlik”də Malik  və s. obrazları ifa etmişdir.

Gülnar Səməd qızı Quliyeva - 2-ci dərəcəli aktrisa


Quliyeva Gülnar Səməd qızı 1988-ci il mayın 04-də Horadiz şəhərində anadan olub. M.Ə.Sabir adına ADPK-nin ibtidai sinif müəllimliyini bitirib.  N.Vəzirov "Hacı Qəmbər” Yetər, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Çiçək, A.Səfərli "Fantan ərə gedir”də Mirvari. S.Axundov "Bəndalı bəndə düşüb”də Zərif, Y.Əzimzadə "Nəsrəddin”də Əliş, S.S.Axundov "Eşq və intiqam”da Zöhrə, H.Mirələmov "Vicdanın hökmü”ndə Aygün, M.F.Axundzadə "Hacı Qara”da Sona xanım, S.S.Axundov "Şahsənəm və Gülpəri” də Gülpəri və s .rolları ifa etmişdir.

Elza Mikayıl qızı Vəliyeva - aktrisa


1970-ci il noyabrın 16-da Füzuli rayon Horadiz kəndində anadan olub. 2012-ci ildən teatrda çalışır. İşlədiyi müddət ərzində Ə.Əmirli "Yeddi Məhbusə”də Nüşabə, H.Mirələmov "Vicdanın hökmü”ndə rus qızı, H.Mirələmov "Xəcalət”də Fərqanə, A.Səfərli "Qarabağım qan ağlar”da əsir qız, Ə.Haqverdiyev "Dağılan tifaq”da Nigar, Ş.Tofiqqızı "Taleyin bir üzü”də Lətifə, S.Dağlı "Adı sənin, dadı mənim”də Xatun, S.Rüstəm "Gəldi-gedər”də müştəri, S.Rüstəm "Çimnaz xanım yuxda” Çimnaz, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Nataşa, M.F.Axundzadə "Hacı Qara”da rəqqas və s.obrazları canlandırmışdır.

Vüqar Qafqaz oğlu Babayev - Aktyor


1997-ci il oktyabrın 20-də Füzuli rayon Horadiz şəhərində anadan olub. 2016-cı ildən teatrda aktyor kimi fəaliyyət göstərir. İşlədiyi müddət ərzində Nəcəf bəy Vəzirov "Hacı Qəmbər " də Cəbi, Müsibəti-Fəxrəddin"də Şahmar, Ş.Qurbanov "Olmadı elə, oldu belə" də Arzu, S.S.Axundov "Eşq və intiqam" da Nökər, M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məsətli şah”da  Qulaməli,Y.Əzimzadə "Nəsrəddin”də  Vəzir, A,Şaiq "Bir saat xəlifəlik”də Əbu Məqsud, Akif Həsənoğlu "Yaddaş”da Suren və s. rolları ifa etmişdir.

Ayşən Faiq qızı Gülmalıyeva - 2-ci dərəcəli aktrisa


1998-ci il yanvarın 1-də Füzuli rayon Gecəgözlü kəndində anadan olub. 2016-cı ildə teatrın nəzdində fəaliyyət göstərən Aktyor studiyasından müsabiqə yolu ilə teatrın yaradıcı heyətinə qəbul edilib. İşlədiyi müddət ərzində S.S.Axundov"Eşq və İntiqam”da Qəmər, Yusif Əzimzadə "Nəsrəddin”də Pəri, M.F.Axundzadə"Müsyö Jorda və Dərviş Məstəli şah”da Şərəfnisə, N.Vəzirov "Hacı Qəmbər”də Cəvahir və s. rolları ifa etmişdir..

Emin Rafiq oğlu Abışov - 2-ci dərəcəli aktyor


1998-ci il fevralın 17-də Füzuli rayon Kürdmahmudlu kəndində anadan olub. Bakı Humanitar kollecinin Bədii yaradıcılıq işi fakultəsini bitirib. 2018-ci ildən teatra aktyor qəbul edilib. İşlədiyi müddət ərzində S.S.Axundov "Eşq və intiqam”da İbad, M.F.Axunzadə "Müsyö Jordan və Dərviş Məstəli şah”da Cin, Ə.Səmədli "Əhmədin vəfalı xoruzu” Tülkü, Akif Həsənoğlu "Yaddaş”da Erməni, Y.Əzimzadə "Nəsrəddin”də Vəzir, A.Şaiq "Bir saat xəlifəlik” də Faxir və s. obrazları ifa etmişdir.

Vüsal Şahin oğlu Həsənov- Aktyor


1992-ci il fevralın 02-də Füzuli rayon Şükürbəyli kəndində anadan olub. 2019-cu ildən Aktyor  studiyasından müsabiqə yolu ilə teatra aktyor təyin edilib. İşlədiyi müddətdə M.F.Axundzadə M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah”da Cin, Yusif Əzimzadə "Nəsrəddin”də Əliş, N.Vəzirov " Hacı Qəmbər”də Nökər rollarını ifa etmişdir.

Xurşud Xanməmməd qızı Babayeva  - 2-ci dərəcəli aktrisa



2000-ci il 25 yanvarda Beyləqan rayon I Şahsevən kəndində anadan olub. 2019-cu ildən  aktyor studiyasından müsabiqə yolu ilə teatra aktrisa təyin olunub. İşlədiyi müddət  ərzində Yusif əzimzadə "Nəsrəddin”də Pəri, Akif Həsənoğlu "Yaddaş”da Ana,  N,vəzirov "Hacı Qəmbər” Yetər  və s. obrazları ifa etmişdir.
Ruslan Bəxtiyar oğlu Şıxalıyev - Aktyor



Şıxalıyev Ruslan Bəxtiyar oğlu 2019-cu ildən aktyor studiyasından müsabiqə yolu ilə teatra aktyor təyin olunub İşlədiyi müddət ərzində Yusif Əzimzadə "Nəsrəddin”də Əliş, N.Kazımov "Ələddinin sehrli çırağı” Vəzir, A.Şaiq "Bir saat xəlifəlik”də Əsgər,Akif Həsənoğlu "Yaddaş”da Erməni,  obrazlarını canlandırmışdır.

Şəbnəm Eyvaz qızı Baxışəliyeva – Aktrisa



Baxışəliyeva Şəbnəm Eyvaz qızı 2019-cu ildən aktyor studiyasından müsabiqə yolu ilə teatra aktrisa  təyin olunub. İşlədiyi müddət ərzində N.Vəzirov "Hacı Qəmbər”də Yetər, M.F.Axundzadə  "Müsyö Jordan və Dərviş Məsətli şah”da Gülçöhrə rollarını ifa etmişdir.

Orxan Elşən oğlu Təvəkküllü – Aktyor



1996-cı il iyulun 30-da Füzuli rayon Əhmədalılar kəkdində anadan olub. Ağdam musiqi kollecinin tar ifaçılığı ixtisasını bitirib. 2020-ci ildən Aktyor studiyasından müsabiqə yolu ilə teatra aktyor təyin olunub.

Qəlbinur Mürvət oğlu Əhmədli - Aktyor



1994-cü il 1 yanvarda Füzuli rayon Aşağı Seyidəhmədli kəndində anadan olub. Şuşa Hümanitar kollecinin Aktyor, qarmon və xor dirijoru ixtisaslarını bitirib. Aktyor studiyasından müsabiqə yolu il teatra aktyor təyin olunub. 

Səbuhi Vaqif oğlu Vəlizadə - Teatrın mətbuat xidmətinin rəhbəri


1986-cı ildə Füzuli rayonunda ziyalı ailəsində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər (BİM) və Gömrük İşinin Təşkili (GİT) fakultəsində təhsil almışdır. 2010-cu ildə Sağlam Mühit və Sağlam Gələcək Təşkilatının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış, 2011-ci ildə www.xeber.info xəbər portalında müxbir, 2011-2013-ci ildə www.xeberlent.az informasiya agentliyində baş redaktor, 2014-cü ildən Füzuli Dövlət Dram Teatrının mətbuat xidmətinin rəhbəri və www.fuzuliteatr.az saytının baş redaktoru vəzifəsində işləyir. S.Vəlizadə eyni zamanda www.liderxeber.com informasiya agentliyində təsisçi direktor və baş redaktor, Xəbərlenti qəzetinin təsisçisi vəzifəsində çalışır. Hal-hazırda həmçinin İnterAz telekanalında redaktor, müxbir vəzifəsində çalışır.

Gülbahar Cəmil qızı Zamanova - Mühasib


1996-cı ildən Füzuli Dövlət Dram Teatrının Kadr işləri üzrə mütəxəsis və kompyuter operatoru vəzifəsində çalışır.

Aytən Habil qızı Hacızadə - Kadr işləri üzrə mütəxəssis


Hacızadə Aytən Habil qızı 1999-cu il fevralın 15-də Füzuli rayon Horadiz şəhərində anadan olub. 2017-ci ildən teatrda Kompyuter operatoru işləyib. Hal-hazırda teatrda Kadr işləri üzrə mütəxəsis olaraq çalışır.

     Pərvanə Möhrab qızı Məmmədova - Kompyuter operatoru


1982-ci ildə Füzuli rayon Qoçəhmədli kəndində anadan olub. Hal-hazırda Füzuli Dövlət Dram Teatrında kompyuter operatoru vəzifəsində çalışır.

Elşən Təvəkkül oğlu Qurbanov - Texniki təhlükəsizlik üzrə mühəndis


1972-ci ilin iyunun 1-də Füzuli rayon Əhmədalılar kəndində anadan olub. 1992-ci ildən teatrda müyyən vəzifələrdə çalışıb. Hal-hazırda teatrda əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışır.

Sənan Eldar oğlu Sevindikzadə - Səs avadanlıqları üzrə mühəndis


Sevindikzadə Sənan Eldar oğlu 1989-cu il dekabrın 16-da Füzuli rayon Horadiz qəsəbəsində anadan olub. 2009-cu ildən teatrda tekniki radist olaraq işə başlayıb. Hal-hazırda teatrda səs avaddanlıqları üzrə mühəndis olaraq çalışır.

Ziyad Ürfət oğlu Süleymanzadə - Texnik-radist


1995-ci il avqustun 18-də Füzuli rayon Babı kəndində anadan olub 2015-ci ildən teatrda çalışır.

Elçin Əlövsət oğlu Əhmədov - İşıq üzrə rəssam



Əhmədov Elçin Əlövsət oğlu 1996-cı il fevralın 19-da Füzuli rayon Horadiz şəhərində anadan olub. 2013-cü ildən teatrda çalışır.

                                    Qalib Məhəmməd oğlu Hacıyev - Video Operator


1988-ci il mayın 9-da Füzuli rayon  Horadiz şəhərində anadan olub.  Hal-hazırda teatrda video operator vəzifəsində işləyir.